Report xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində yaşayan 22 yaşlı İbrahimova İlahə Qulu qızı 6 aylıq körpəsini əmizdirərəkən qəfildən yuxuya gedib. Körpə ağlamasına baxmayaraq ana oyanmayıb. Ananın körpəni süd ilə qidalandırarkən öldüyü məlum olub.
Ananın ölümünün dəqiq səbəbləri araşdırılır. Bunun üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə ölən şəxsin yaxınları meyidin müayinə olunması üçün morqa təhvil verib.
Faktla bağlı araşdırmalara başlanılıb.