25 İyul 2017 12:47
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının İran qolu adlanan PJAK qruplaşması Qərbi Azərbaycan əyalətinin yaşayış məntəqələrinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular onlara yardım etməyən öz soydaşlarına belə rəhm etməyiblər.

Məlumatlara görə, Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə PJAK terrorçularının hücumuna məruz qalıb. Belə ki, 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailəsi, xüsusi ilə də həyat yoldaşını döyüb və onlardan pul tələb ediblər. Terrorçular bir miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər. Onlar həmin ailəni qətlə yetirməklə hədələyiblər.

PJAK terror qruplaşması törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah edib.

Bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində də oxşar hadisə baş verib. Gecə saatlarında PJAK terrorçuları Mustafa Firdovsi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında güllələyərək qətlə yetiriblər.


Müəllif: Samir

Oxşar xəbərlər