Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İstanbul-Kasablanka marşrutu üzrə uçan təyyarənin göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən eniş edib.
Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına təcili eniş etmək qərarı verib. Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.
Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb