26 İyul 2017 00:59
631

Şəki rayonu, Aydınbulaq kəndində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili yanıb.

Teleqraf.com xəbər verir ki, onun yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması da kül olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com