Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü, Azad Məmmədovun cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.