Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, telefonu çavuş Kazım Karaya Hakkari valisi Cüneyt Orxan Toprak təqdim edib.
Hakkarinin Şəmdinli rayonunda, İraqla sərhəddə xidmət edən Türkiyə hərbçilərinə qarşı tərəfdən terrorçular atəş açılıb. Bir nəfər həlak olub, Kazım Kara isə qəribə təsadüflə xilas olub.
Güllə onun pencəyinin cibindəki mobil telefona dəyərək kənara sıçrayıb.
Vali Toprakın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Kazım Karaya təzə cib telefonu bağışlamaq haqda göstəriş verib.