6 Avqust 2017 13:43
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.

APA-nın məlumatına görə, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubişi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər