Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, öldürülənlərdən biri İŞİD-in Xorasan əmiri (Mərkəzi Asiya ölkələri üzrə əmir) Abdul Rəhmandır. Bu barədə ABŞ-ın Əfqanıstandakı ordu komandanı, general Con Nikolson deyib. Onun sözlərinə görə, Abdul Rəhmanın şəxsiyyəti müəyyənləşib, digər ölənlərin kimliyi dəqiqləşdirilməyə çalışılır: “Hücum nəticəsində Əfqanıstanın Kunar əyalətində Abdul Rahmanla yanaşı İŞİD-in komandir heyətinə daxil olan 3 nəfər öldürülüb”.
Con Nikolson bu il İŞİD-i Əfqanıstanda tam məğlubiyyətə uğradacaqlarına əmin olduqlarını bildirib.