Teleqraf.com xəbər verir ki bu barədə "Associated Press" BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 14-də Malinin mərkəzində naməlum silahlılar missiyanın düşərgəsinə hücum edib. Nəticədə bir missiya əməkdaşı və bir BMT sülhməramlısı ölüb, iki silahlı məhv edilib. Bir neçə saatdan sonra isə BMT-nin Timbuktudakı missiyasına hücum edilib. F.Haq orada atışmanın davam etdiyini bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.