Ötən 2 gün ərzində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Rəqqa şəhərində İŞİD-in mövqelərinə hava zərbələri endiriblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində azı 40 dinc sakin həlak olub.
Məlumata əsasən, zərbələr şəhərə ciddi maddi ziyan vurub.