Ukraynada Almaniyaya “Skuter” qrupuna cinayət işi açılıb (Scooter – 1993-cü ildə yaradılmış alman musiqi qrupu).
Teleqraf.com xəbər verir ki, Ukraynanın Krım Muxtar Respublika prokurorluğu “Skuter” musiqi qrupunun Krıma gəlməsinin təsdiqlənməsi ilə bağlı beynəlxalq hüquqi yardım tələbi ilə Almaniyaya müraciət edib.
“Prokurorlar qrupun səfəri ilə bağlı videoya baxıb, bu haqda mətbuatda təsdiqləyici xəbərləri oxuyublar. Buna baxmayaraq, “Skuter”in gerçəkdən Krımda olub-olmadığını araşdırmaq qərarına gəliblər”, - bu haqda “Ukrayinskaya pravda” qəzeti yazır.
Ukrayna prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Prokuror Gündüz Məmmədov “Skuter”in solistlərinin də dindiriləcəyini istisna etməyib.