Çeçenistan parlamentinin deputatı Maqomed Ashabov qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a Şimali Qafqaz federal dairəsindəki güc strukturlarındakı mənbə bildirib.
“Ashabov naməlum şəxsin onun avtomobilinə atəş açması nəticəsində həlak olub”, deyə agentlik qeyd edir.
“İnterfaks” hələlik rəsmən təsdiq edilmiş informasiya əldə edə bilməyib.