26 Avqust 2017 19:00
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Eskişəhər məhkəməsi İŞİD terror qruplaşmasının komandiri olmaqda şübhəli bilinən şəxs barədə həbs qərarı verib.

Teleqraf.com "Hürriyyet"ə istinadən xəbər verir ki, adı açıqlanmayan 41 yaşlı İraq sakini Eskişəhər vilayətindəki otellərdən birində keçirilən reyd zamanı, İŞİD əleyhinə təhqiqat çərçivəsində saxlanılıb. Şübhəli şəxsin adı açıqlanmır.

Məlumata əsasən, həbs edilən şəxs Türkiyəyə İraqdan gəlib.

Qeyd edək ki, İŞİD komandiri olmaqda şübhəli bilinən şəxs bundan əvvəl İraqda öllkənin keçmiş Baş naziri Nuri əl-Maliki əleyhinə sui-qəsddə ittiham edilərək həbs edilmişdi. Daha sonra o, həbsxanadan qaçmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər