Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan deportasiya edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Anna Kurbatovaya 3 il müddətinə Ukrayna ərazisinə daxil olmaq qadağan edilib.
Anna Kurbatovanın deportasiyasına səbəb kimi onun təmsil etdiyi televiziyanın Ukrayna əleyhinə təbliğat aparması qeyd olunur.
Qeyd edək ki, jurnalistin deportasiyası ilə əlaqədar Ukraynanın Kiyevdəki səfirliyi Ukraynanın Xarici İşlər Nazirliyinə nota göndərib.