7 Sentyabr 2017 19:39
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın “Moskva-Siti” biznes şəhərciyindəki göydələnlərdən birində bomba həyəcanı yaşanıb.

Teleqraf.com xəbər verir ki, göydələnin birinci mərtəbəsində yerləşən kafedə şübhəli əşya aşkar edilib.

Buna görə də bina sakinləri təxliyə olunub.

Hüquq-mühafizə əməkdaşları ərazidə araşdırma aparır.


Müəllif: Teleqraf.com