23 Sentyabr 2017 10:07
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA-nın xəbərinə görə, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mersedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.

Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.


Müəllif: Teleqraf.com