İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
***
12:00
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***