28 Sentyabr 2017 11:14
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürdüstanının referendum qərarı ilə bağlı söylədiyi “Bir gecə qəfildən gələ bilərik” fikri Kərkük divarlarına həkk olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri özlərinə şüar edən türkmanlar Kürdüstanın müstəqilliyini tanımayacaqlarını bildiriblər.

Onlar İraq Kürdüstanına tabe olmayacaqlarını, vətəni qorumaq üçün and içdiklərini deyiblər.

Bu arada, Kərkükdə referendum qutuları quran vali Nəcməddin Kərimin çıxışı zamanı qəfil işlətdiyi fikirlər türkmanlar arasında ciddi narazılığa səbəb olub. Kərim mikrofonun qapalı olduğunu düşünüb və türkmanları nəzərdə tutaraq, “Onları qovacağıq” fikrini səsləndirib.


Müəllif: Samir

Oxşar xəbərlər