29 Sentyabr 2017 09:11
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən artıq neçə illərdir yaz və payız aylarının getdikcə yox olacağını deyirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Mərkəz rəhbəri bu dəyişikliyi dünya güclərinin istifadə etdiyi silahlar nəticəsində atmosferin çirklənməsi ilə izahlayıb:

“Təbiət təmizliyi sevir. Təmizlik olmayanda havalar korlanır. Bu soyuqlar haradan gəlir? İsti cərəyanla soyuq cərəyan toqquşur, nəticədə soyuqlar düşür. Bir anti-siklon, bir də siklon var. Şimaldan soyuq hava kütlələri anti-siklon, cənubdan isə isti hava kütlələri siklonları gəlib toqquşur və dağlarda qar, dağətəyi və aran rayonlarında isə yağışlar yağır, hava kəskin soyuyur”.

Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov mediaya açıqlamasında bildirib ki, gələcəkdə nə yaz olacaq, nə də payız: “Biz bu fəsillərin yoxluğunu hiss etməyəcəyik. İqlim dəyişmələri elə formada baş verəcək ki, payız olmayacaq”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər