Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Orxan Həsənovun intihar etdiyi məlum olub.