Bakının Yasamal rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində kirayə yaşayan İran vətəndaşı Afsarian Seyidsübhan Seyidhaşimin 5 min manat pulu və 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
İran vətəndaşı polisə müraciət edib. O, bildirib ki, Azərbaycan Milli Konservatoriyasının tələbəsidir və oğurluq hadisəsi onun kirayədə yaşadığı evdə baş verib. Dərsə gedən tələbə geri qayıdanda evinin talanmış görüb.
Polis iranlı tələbənin pulunu və qızıllarını oğurlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün əməliyyat tədbirləri görür.
Faktla bağlı cinayət işi başlanıb.