2013-cü ildə itkin düşən Rusiyaya məxsus “Lyubov Orliva” gəmisi ABŞ-ın Kaliforniya ştatının sahillərində görünüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gəminin qalıqları su üzünə çıxarılıb.
Yerli araşdırmaçıların bunun Rusiya gəmisi olması qənaətinə gəlməsinə səbəb onun uzunluğunun 90 metr olmasıdır. Məsələ burasındadır ki, itkin düşən gəmi də eyni uzunluqda olub. Bəzi qəzetlər qeyd edib ki, gəmidə insan əti yeyən yüzlərlə təhlükəli siçan ağalıq edir. Bu da gələcəkdə təhlükəli yolxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.
Digərləri isə bu gəminin amerikalı mafiozlara aid olduğunu bildiriblər. Onların fikrincə, mafiya üzvləri gəmidən qanunsuz qumarxana kimi istifadə ediblər.