Türkiyə polisi Hərbi Hava Qüvvələrinin Əskişəhərdəki bazasında anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Əskişəhər prokurorluğu məlumat yayıb.
Əməliyyat zamanı Fətullahçı terror təşkilatına üzvlükdə ittiham olunan 66 nəfər saxlanılıb. Onların arasında döyüş təyyarələrinin pilotları da var.