1 Dekabr 2017 10:40
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalya-Moskva reysini həyata keçirən təyyarədə həyəcanlı anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Hava Yollarına məxsus Boeinq 737-800 tipli təyyarə yerli vaxtla 22:00-da Antalyadan havaya qalxıb.

İstanbul üzərində olarkən təyyarədə nasazlıq baş verib. Bu səbəbdən pilotlar Atatürk aeroportunda təcili eniş etmək qərarına gəliblər.

Məlumata görə, nasazlıq təyyarənin idarəetmə mexanimzində meydana gəlib.


Müəllif: Samir