3 Dekabr 2017 00:27
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, meyit Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında tapılıb.

Meyiti tapılan şəxsin sol əlinin üzərində döymə üsulu ilə“KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum, sarımtıl rəngli köynək olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər