Yüzlərlə radikal Ukraynanın “NyusVan” telekanalına soxulub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu gün səhər saatlarında telekanal binasını ələ keçirən radikalların əsas istəyi TV-nin redaksiya siyasətini dəyişdirməkdən ibarətdir. Bundan başqa, Ukrayna Ali Radasının deputatı, telekanalın rəhbəri Yevgeni Murayevdən üzr istənilməsi tələb edilir.
Ukrayna Prezidenti Pyotr Poroşenko telekanal binasını mühasirəyə alanlardan söz azadlığını qorumağı xahiş edib.
Jurnalistlər canlı yayım vasitəsilə Kiyev hökumətindən yardım istəyiblər.