5 Dekabr 2017 20:21
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 4,8 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, təkanlar bir neçə dəqiqə əvvəl ölkənin şimalında Gilan vilayətində Ləngərut şəhərində qeydə alınıb.

Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə 569 nəfərin həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər