Cəbhə bölgəsində erməni təxribatı nəticəsində Milli Ordumuzun insan itkisi verməsinə AMİP-dən də münasibət bildirilib.
AMİP Lideri Etibar Məmmədovun sözçüsü, Mərkəzi Şurasının üzvü Əli Orucov deyib ki, “Düşmən təxribatı nəticəsində Milli Ordumuzun 12 əsgərininn şəhid olması kədərlidır və ağır itkidir. Təəssüflər olsun ki, bu cür itkilərdən qaçmaq mümkün olmur. Ermənistanın son günlər atəşkəs rejimini mütamadi və tez-tez pozması, təmas xəttinə yaxın yaşayış məskənlərinin intensiv olaraq atəş altında saxlaması Azərbaycan üçün ciddi siqnal olmalıdır. Erməni təxribatının qarşısı daha amansızlıqla və qətiyyətlə alınmalıdır. Doğrudur, Milli Ordumuz düşmənə layiq olduqları cavabı verir. Hesab edirəm ki, Milli Ordumuz daha sərt davranılmalıdır ki, nə ermənilər, nə də onların havadarları bu cür təxribatlara yol verməsinlər. Bu qan yerdə qalmamalıdır. Hər şəhid əsgərimiz hər qətlə yetirilən soydaşımızın qisası ikiqat-üçqat alınmalıdır”.
Əli Orucov onu da vurğulayıb ki, “Müvafiq qurumlar baş verən hadisəni araşdırmalı, belə bir faciənin yenidən təkrar olunmaması üçün məsələyə daha ciddi yanaşmalıdır. Məsuliyyət hissi artırılmalıdır. Bir gündə 12 nəfər itgi həm cəmiyyəti, həm Azərbaycan hakimiyyətini, həm də beynəlxalq ictimaiyyəti, xüsusən də, münaqişənin həllinə vasitəçiliyi öz üzərinə götürmüş beynəlxaql qurumlar və dövlətləri narahat etməlidir. Ermənistan tərəfənin təxribatları, təhrikçi hərəkətləri, atəşkəsi intensiv pözması, mülki əhaliyə davamlı silah işlətməsi bölgədə müharibə alovunun yenidən qızışmasına addım-addım yaxınlaşdırır.
AMİP olaraq biz beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən Ermənisatnın işğalçılıq siyasətinə, regionda sülhə və təhlükəsizliyə tədid yaratmağına, təxribatçi-diversiya hərəkətlərinə qiymət verilməsini, qınamasını və təcəvuzkar İrəvana “dur” deməsini gözləyirik.