Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.
Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı məlumatı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev verib.
Onun sözlərinə görə, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb:
“Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.