16 Dekabr 2017 00:59
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan polkovnik Mehdi Qaraməhəmmədi Suriyada öldürülüb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Mehdi Qaraməhəmmədinin Deyr-əz-zor şəhərində suriyalı müxalifətçilərlə toqquşmada öldürüldüyü bildirilir. Polkovikin yas mərasiminin Tehranda təşkil olunacağı, Mazandaran əyalətinin Amul şəhərində dəfn olunacağı qeyd edilir.

İran İnqilab Keşikçiləri Korpusuna yaxın mənbənin məlumatına görə, Suriyadakı toqquşmalarda öldürülən iranlıların sayı 2 min 400 nəfərə yaxındır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər