17 Dekabr 2017 12:03
594

Türkiyəli məşhur müğənni Kərimcan Durmazın konsertində insident baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxslər konsert zamanı mübahisə edib. Mübahisə qısa zamanda davaya çevrilib. Ortalığın qarışmasından sonra Kərimcan polislərin müşayiəti ilə səhnədən endirilib.

Müğənninin zaldan çıxarılmasından sonra polislər gözyaşardıcı qazdan istifadə edərək, dava iştirakçılarını sakitləşdirilib.


Müəllif: Sara