20 Dekabr 2017 18:26
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Moxova küçəsində yerləşən Moskva Dövlət Universitetinin elmi kitabxanasında oxucu və əməkdaşların təcili təxliyəsi aparılır.

Teleqraf.com xəbər verir ki, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.

Binanın ətrafı polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb. (trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər