Türkiyə ərazisində ağır yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Konyada baş verib.
Antalyadan Tokata getmək üçün yola çıxan avtobus Konya-Seyd şəhər yolunun 20 kilometrliyində yoldan çıxaraq aşıb. Nəticədə 32 nəfər yaralanıb. Bir xəstənin vəziyyəti ağırdır.
Qəzaya səbəb kimi yolun buz bağlaması göstərilir.