27 Dekabr 2017 10:40
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və onun hərbi yardım göndərdiyi YPG silahlıları İŞİD terror təşkilatının döyüşçülərini Avropaya göndərmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə YPG silahlıları terrorçuların hər birindən 5 min dollar alıb.

Terrorçular ABŞ-ın helikopterləri vasitəsi ilə Suriyanın Türkiyədəki sərhədinə gətirilib. Onlar qaçaqmalçı formasında Türkiyəyə, oradan isə Avropaya çatdırılmalı idi.

Ancaq Türkiyənin sayıq davranması ilə bunun qarşısı alınıb. Terrorçuların keçə biləcəyi Amanoslar, Tel-Abyad, Kobani və Qamışlı keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib.


Müəllif: Samir

Oxşar xəbərlər