İsrail YUNESKO-dan çıxmaq üçün qurumun baş katibi Odre Azuleinə müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.
"31 dekabr 2018-ci ildə İsrailin təşkilatdan çıxması ilə bağlı bildiriş almışam. Çox təəssüf edirəm. Çünki dövlətlər məhz YUNESKO-nun tərkibində qalmaqla fikir ayrılıqlarını aradan qaldıra bilərlər".
Oktyabrın 12-də ABŞ və İsrail YUNESKO-dan çıxdıqlarını bəyan ediblər.