29 Dekabr 2017 23:17
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxt məkanlarının birində nəvəsi Səmərruxa doğum keçirən əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.

Teleqraf.com xəbər verir ki, E.Seyidcahanın kürəkəni bildirib ki, qızı və həyat yoldaşı ilə ad günü keçirilən məkana gələn zaman avtomobil qəzasına düşüblər:

“Taksi ilə ad günü keçirilən məkana gəlirdik. Yoldaşım Gülşən də mənlə üzbəüz oturmuşdu. Qəfildən maşının qabağına başqa maşın çıxdı və həyat yoldaşımın başı mənim dodağıma dəydi. Nəticədə dodağım partladı. Güclə qanı saxladıq. Yoldaşımın isə alnı qızardı. Allaha çox şükür edirəm ki, salamatçılıq oldu”.

Qeyd edək ki, hadisədən dərhal sonra E.Seyidcahan qəza olan məkana gedib. (Lent.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər