3 gün əvvəl Çinin hava yollarına məxsus Pekin-Tiflis xətti üzrə hərəkət edən təyyarə məcburi şəkildə Bakıya eniş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “tert.am” saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilib ki, səyahət edənlər arasında 5 erməni olub. Təyyarə dumana düşdüyü üçün Bakı üzərində bir neçə dövrə vurub. Məcburi Heydər Əliyev Hava Limanına eniş etməli olub. Ermənilər etiraz etsə də, alternaitv variant olmadığı üçün təyyarə məcburi eniş edib.
Erməni sərnişinlər Bakıda 12 saat qalıblar. Onlar bildirib ki, Bakıda onlara qarşı problem yaradılmayıb. Aeroportun əməkdaşı ermənilərin şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra neytral zonaya düşmələrini təklif edib.
Daha sonra uçuş bərpa olunub.