Türkiyə polisi Ankarada anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı 70 müəllim saxlanılıb.
Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.
Məlumatlara görə, həmin müəllimlər bir müddət FETÖ məktəblərində dərs deyiblər.