17 Yanvar 2018 18:47
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında Tayvanda güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa Aralıq dənizi Seysmologiya İdarəsi məlumat yayıb.

Maqnitudası 5,7 bal olan zəlzələnin episentri Taybey şəhərindən 11 kilometr şimalda, yerin 140 km dərinliyində yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Müəllif: Samir

Oxşar xəbərlər