Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, partlayış Çukurambar rayonunda, vergi müfəttişliyinin binası yaxınlığında baş verib. Partlayışa səbəb qaz sızıntısı olub. Hadisə yerinə çoxlu sayda yanğın söndürən maşın və təcili yardım avtomobilləri gəlib.
İki nəfərin yüngül xəsarət aldığı bildirilir.