10 Fevral 2018 13:35
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 il əvvəlki təcavüzü gizlətməkdə ittiham olunan məşhur menecer və prodüser Cill Messik intihar edib.

Teleqraf.com-a xarici KİV-ə istinadla xəbər verir ki, 1997-ci ildə Cill Messik rejissor Harvi Vaynşteynin aktrisa Rouz Makqeynə təcavüzünü ört-basdır edib.

“Sundance” Film Festivali əsnasında baş vermiş hadisənin mətbuatda yayılmamsı üçün Cill Messik rejissorla aktriasını səhər yeməyinə dəvət edərək onları barışdırıb.

Aktrisa özünün ötən ay işıq üzü görən “Cəsur” adlı kitabında təcavüz olayını xatırlayıb, Cill Messiki isə sərt şəkildə tənqid atəşinə tutub.

20 il öncəki təcavüzün faş olmasından sonra depressiyaya düşən Cill Messik intihar edib.


Müəllif: İlhamə Əbülfət