Fevralın 12-də Rusiyanın Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də yanğın olub.
Teleqraf.com xəbər verir ki, yanğın zamanı həmin ünvanda yaşayan azərbaycanlı ailənin 4 üzvü ölüb. Onlardan 2-i azyaşlıdır.
Yanğın zamanı daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır.
Ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.