Rusiyanın “Tosno” futbol klubunun üzvü Stanislav Manayevin sosial şəbəkədə şok videosu yayılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, videoda futbolçunun Rusiya milli valyutası olan rublun 5 minlik əskinası ilə burnunu təmizləməsi və onu yerə atması əks olunub.
Futbolçu paylaşdığı videoya belə bir şərh yazıb: “Mən bu pulu ehtiyacı olan şəxsə verə bilərdim, amma vermirəm, çünki mən zökəməm”.