Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto vstreçi” (Görüş yeri) proqramında dava düşüb.
Teleqraf.com xəbər verir ki, proqramın aparıcısı Andrey Norkin ukraynalı politoloq Dmitri Suvorovla əlbəyaxa olub.
Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb.
Həmin anın görüntüsünü təqdim edirik: