Bir həftə əvvəl Tehranın Pasdaran küçəsində hüquq-mühafizə qüvvələrinin dərvişlərə qarşı etdiyi zorakılığı əks etdirən videolar yayılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yayılan videolarda hüquq-mühafizə qüvvələrinin dərvişləri fiziki zor tətbiq etdiyi səhnələr öz əksini tapıb.
Tutulan dərvişlərdən ən azı 3-ü aldığı zərbələr nəticəsində xəstəxanada keçinib, biri isə həbsxanada işgəncələr altında dindirilirkən öldürülüb.
Hazırda rejim qüvvələrinin hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan dərvişlərdən ən azı 170-nin təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanalarda müalicə aldığı bildirilir.
Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 5 polis öldürülüb, onlarla dərviş yaralanıb, ən azı 300-ü həbs edilib.