4 Mart 2018 18:56
2 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya prezidentliyinə namizəd Kseniya Sobçaka hücum olub.

Teleqraf.com “Ria.ru”ya istinadla xəbər verir ki, deputat Aleksey Şapoşnikovun köməkçisi Alan Zaqoyev Petrovski sarayının yaxınlığında Kseniya Sobçaka hücum edib.

Zaqoyev "Bu, Jirinovskiyə görədir" deyərək Sobçakın üzünə su atıb və ona fiziki güc tətbiq edib.
Sobçakın mühafizəçiləri deputat köməkçisini tutaraq polisə təhvil veriblər.

Xatırladaq ki, fevralın 28-də televiziyada seçkiqabağı debatlar zamanı "Vətəndaş təşəbbüsü" Partiyasından namizədliyi irəli sürülən Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından namizəd Vladimir Jirinovskinin üzünə su atıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər