Türkiyə parlamentində terrorçuluğun təbliği əleyhinə qanun layihəsinin müzakirəsi zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlarla Xalq Demokrat Partiyasının (HDP) deputatları arasında əlbəyaxa dava olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, HDP-dən olan deputat Mahmut Toğrul Türkiyə ordusunun Afrində etnik təmizləmə həyata keçirdiyini bildirib. AKP təmsilçisi Leyla Şahin Usta həmkarına etiraz edərək "əsgər ölkəsi üçün savaşır. Mülki şəxslər öldürülürsə onu sizin PKK üzvlərini edir. Bu kürsüdən belə sözlər işlədə bilməzsiniz", deyə bildirib.
Bundan sonra iki partiyanın deputatları arasında mübahisə qızışıb. HDP-dən Müslim Doğan və Mahmud Toğrul, AKP-dən isə İbrahim Aydəmir yüngül xəsarət alıblar.