Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.
"Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb./Report/