Şimali Kipr Türk Cümhuriyyətində hərbi xidmətdə olan əsgər intihar edib.
Teleqraf.com xəbər verir ki, psixoloji narahatlığına görə məzuniyyətə göndərilən 20 yaşlı əsgər yaşadığı evin həyətindəki tövlədə özünü iplə tavana asaraq intihar edib.
Evdən çıxandan sonra geri qayıtmayan əsgərin ailəsi narahat olub və onu axtarmağa başlayıb. Tövləyə baxanda isə onun cansız bədənini ipdən asılmış vəziyyətdə tapıblar. Dərhal polisə və təcili yardıma xəbər veriblər. Meyit Məhkəmə Tibbi Ekspertizası tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.