Sabah Türkiyə və Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 12 saatlıq bağlı qalacaq.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Türkiyə Gömrük və Ticarət Nazirliyinin yaydığı məlumatda məntəqənin saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacağı qeyd olunub.
Vurğulanıb ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində Gürcüstan tərəfdə inşaat işləri aparılır və bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır: “Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır. Aparılan inşaat işləri ilə əlaqədar Sarp sərhəd-keçid məntəqəsi martın 22-də saat 08.00-dan saat 22.00-a qədər müvəqqəti fəaliyyət göstərməyəcək, yük və minik avtomobilləri üçün bağlı olacaq”.